Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən may ayı ərzində reyd keçirilərkən Muğanlı-İsmayıllı yolunun 11-12-ci kilometrliyində ağacların kəsilməsi faktı aşkar olunub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əraziyə baxış zamanı vələs cinsindən 57 ədəd, yemişan cinsindən 19 ədəd, fındıq cinsindən 28 ədəd, palıd cinsindən 4 ədəd, zoğal cinsindən 2 ədəd, ümümilikdə 110 ədəd müxtəlif cinslərdən olan yaş köküstə ağacın kəsildiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Ağsu rayonu Nüydü kənd bələdiyyəsinə məxsus olduğu aşkar olunub. Faktla bağlı akt tərtib olunub və Ağsu rayonunun Nüydü kənd bələdiyyəsinin sədri Fəxrəddin Osmanov hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib. Bundan başqa təbiətə dəymiş ziyanın ödənilməsi barədə vəsatət qaldırılıb.
Qaynar.info
Şərhlər