Xəbər lenti

Nazirlik:
Ölkə 22:10 02.06.2020

Nazirlik: "Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur"

Hazırki sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir.

Qaynarinfo xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda təlim-tədris prosesi yoxdur. Ona görə də jurnalların yazılması, illik qiymətlərin hazırlanması kimi prosesləri məktəb direktorları, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidirlər.

"Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdırlar. Hətta pedaqoji şuranın iclasının da onlayn keçirilməsini məsləhət görürük”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, zərurət olmadığı təqdirdə digər müəllimlərin də məktəbə cəlb olunmasına ehtiyac yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->