"İlkin araşdırmalar zamanı məlum olub ki, daha öncə birdəfəlik ödəniş almadığını iddia edən vərəsələrin əksəriyyətinə ödənişlər olunub”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Şöbəsinin müdiri Himalay Məmişov mətbuat konfransında deyib.
O bildirib ki, hərbi qulluqçuların ad və soyadını sistemə daxil etməklə birdəfəlik ödənişi almaq hüququ olub-olmaması baxımdan 84 faiz axtarış olub:
"Lakin bir qrup vərəsə tərəfindən nazirliyə müraciətlər daxil olub. Onlarin şikayətləri araşdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, həmin vərəsələrə 90-cı illərdə ödənişlər olunub. Media vasitəsilə müraciət edənlərin sənədləri hazırdır. Allahyarova Səlbinaz oğlu və qardaşı üçün ödəniş almadığını iddia edir. Müəyyən olunub ki o, 1997-ci ildə kontorla müraciət edib və vərəsəlik şəhadətnaməsindən əsasən 50 min manat (5 Şirvan) sığorta alıb. O, özəlləşmə payı almaq üçün də müraciət edib. Qardaşı üçün də sığorta ödənişi alınıb. Əmanət bankına köçürülür. Digər müraciət etmiş vərəsələr lə bağlı da təsdiqedici sənədlər artıq toplanılır. İlkin araşdırmalara əsasən müəyyən olunub ki, onlar vərəsəlik şəhadətnaməsi alıb”.
Dövlət sığorta kommersiya şirkətinin Hüquq və kadr Ədepartamentinin direktoru Əfqan Mirzəyev vərəsələrin əsassız olaraq ödənişi almadıqlarıni iddia etdiklərini söyləyib:
"Qanunvericiliyə əsasən onlara ikinci ödəniş olunması mümkün deyil. Sığorta ödənişinin alınmaması ilə bağlı qeyd olunan şikayətlər əsassızdır. Həmin şəxslərə müvafiq qanunvericiliyə uyğun olaraq ödənişlər edilib və bununla bağlı sənədləri biz nazirliyə təqdim etmişik. Müraciətlər ətraflı araşdırılır”
Şərhlər