Xəbər lenti

Sənət 11:46 01.06.2020

Nazirlikdə elə məmurlar var ki, 10 nazir dəyişsə belə... - İntiqam Soltan

"Bakı Uşaq və Gənclər Teatrının 18 ildir binası yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Bakı Uşaq və Gənclər teatrının direktoru İntiqam Soltan 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günündən danışarkən deyib. Onun fikrincə, Azərbaycan qanunları dünyanın ən demokratik qanunlarından biridir, lakin:

"Azərbaycanda bu qanunlara barmaqarası yanaşanlar çoxdur. Ona görə də deyirəm ki, uşaqların huquqları 100% qorunmur. Əgər qorunsaydı, Bakı Uşaq və Gənclər Teatrı 18 il binasız olmazdı. Təsəvvür eləyin, 18 ildir ki, uşaqlara xidmət edən bu mədəniyyət ocağının binası yoxdur. Uşaqların maariflənməsi yolunda öz işini quran bir teatrın nə tamaşalarını hazırlamaq, nə də onları təqdim eləmək üçün səhnəsi var. Çox acınacaqlı durumdur”.

İntiqam Soltan qeyd edib ki, bu məsələyə cavabdeh şəxslər hələ də pərdə arxasında gizlənirlər: 

"Bakı Uşaq və Gənclər Teatrına laqeyd münasibət göstərən məmurlar əslində Azərbaycan dövlətinə və xalqına xəyanət edirlər. İkincisi, bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilir. Tədbirin təşkilatı tərəfini Miqrasiya Xidməti boynuna götürüb. Ona görə ki, özümüzün tədbir keçirməyə yerimiz, işləməyə şəraitimiz yoxdur. Bütün cətinliklərə baxmayayaq, teatr öz işini görür. Pandemiya dövründə bizdə yüzdən yuxarı tamaşa səhnələşdirilib və online formasında tamaşaçılara təqdim edilib. Amma bu, uşaqların özləriylə bir başa deyil, sanki kölgələri ilə ünsiyyətdir. Canlı ünsiyyətdə tamam başqadır. Bir başa uşaqla canlı ünsiyyətdə olursan və onların istəyinə uyğun davranırsan. Çox təəssüf edirəm ki, hələ də bu durumdayıq. Bu gün Mədəniyyət Nazirliyində elə məmurlar var ki, 10 dəfə nazir dəyişsə belə, orada qandallar qaldığından heç bir irəliləyişə nail ola bilməyəcəyik”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?