Xəbər lenti

Nazirlikdən Rüstəm İbrahimbəyovla bağlı qərar
Sənət 17:18 19.08.2019

Nazirlikdən Rüstəm İbrahimbəyovla bağlı qərar

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının bütün orqanlarının səlahiyyətlərini təsdiq edib. Bura sədr Rüstəm İbrahimbəyovun səlahiyyətləri də daxildir.

Qaynarinfo xəbər verir ki, bunu "Turan" agentliyinə İttifaqın mətbuat katibi Əli İsa Cabbarov bildirib. Onun sözlərinə görə, iyulun 16-da İttifaqın konfransı olub, orada seçilmiş sədr və İdarə Heyətinin səlahiyyət müddəti dörd ildir.

Ə.İ.Cabbarovun bildirdiyinə görə, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb. O vurğulayıb ki, sadəcə, İttifaqın nizamnaməsini qeyri-hökumət təşkilatları(QHT) haqqında qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. Cabbarovun fikrincə, iyulun 16-da keçirilən konfransda bu məsələlər həll edilib.

Ə.İ.Cabbarovun bildirdiyinə görə, Ədliyyə Nazirliyinin səlahiyyətlərini təsdiq etdiyi İdarə Heyətinə R.İbrahimbəyov rəhbərlik edir. Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əliİsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova , Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimli üzvlərdir.

Xatırladaq ki, 2019-cu ilin əvvəllərindən Rüstəm İbrahimbəyov yenidən Azərbaycana gəlib-gedir. Bu ilin fevralında R.İbrahimbəyov bununla bağlı yazırdı: "Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir..."

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->