"İyul ayının 5-dən etibarən Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilir".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, iyulun 5-dən etibarən ölkə ərazisində havanın temperaturu günü-gündən aşağı enəcək: "Üç gün ərzində, yəni iyul ayının 8-dək arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək".
Şərhlər