Nazirlikdən tozlu hava şəraiti ilə bağlı açıqlama

Nazirlikdən tozlu hava şəraiti ilə bağlı açıqlama

Aprelin 23-də Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında  tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Bu barədə ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, aprelin 22-də isə gün ərzində tozla bağlı orta  çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı  normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub. 

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi  (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR