Ölkə 13:41 19.09.2021

Nazirliyə ünvanlanan şikayət məktubları və YAP-ın vəsiqələri oğurlandı

Lənkəranda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus şikayət məktubları oğulanıb. 

Qaynarinfo "Kriminalqafqaz”a isrtinadən xəbər verir ki, hadisə sentyabrın 12-nə keçən gecə saatlarında baş verib. 

Belə ki, şəhərin Zərifə Əliyev küçəsində Ramin Quliyevə məxsus avtomobilin açıq qalan qapısından 80 manat pul, sənədlər, maaş kartı, şəxsiyyət vəsiqəsi, sürücülük və YAP-ın vəsiqələri, işlədiyi Lənkəran şəhər 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə məxsus sənədlər və şikayət məktubları oğurlanıb. 

Faktla bağlı araşdırma aparılır.