"36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”.
Qaynarinfo-ya xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bəzi ölkələr hələ də peyvənd almayıblar. Bu da böyük problemə səbəb oluib:
"Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və ACT-Accelerator vasitəsilə birlikdə həll etməliyik”.
Baş direktor koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasına da toxunub. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ekspertlərin Çinə səfəri ilə bağlı danışıqlar davam edir.
Şərhlər