Neft 38 dollaradək bahalaşdı

Neft 38 dollaradək bahalaşdı

Dünya bazarında xam neftin qiyməti bir qədər bahalaşıb.

Qaynarinfo xəbər verir ki,  Londonun "ICE Futures" birjasında "Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6 faiz artaraq 38,17 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6 faiz artaraq 36,11 ABŞ dolları olub. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image