Neft kəmərləri yaxınlığında tikilən qanunsuz evlər: Maklerlərin "biznes"i və nəzarət zəifliyi (VİDEO)
Azərbaycanda magistral neft kəmərlərinin mühafizə zolağına aid müxtəlif ərazilərdə yaşayış evləri tikilir və insanlar bu cür ərazilərdə məskunlaşırlar.
Bəs bu cür ərazilərdə yaşayış evlərinin tikilməsi qanunidirmi?
"MediaPost”un qonağı olan Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova mövzu ilə bağlı bütün suallara aydınlıq gətirib. O, neft kəmərləri yaxınlığında məskunlaşma qadağasının qanuni əsaslarından və bunun insan sağlamlığına zərərlərindən danışıb.
Hüquqşünas bu ərazilərin zəbt edilməsində özlərinə "biznes” qurmağa çalışan maklerlərin rolunu xüsusi qeyd edib və dövlət qurumlarının bu qanunsuzluğa ciddi nəzarət etməli olduğunu vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər