Neft qoxusu ABŞ-ı yenə PKK ilə birləşdirdi (VİDEO)

Neft qoxusu ABŞ-ı yenə PKK ilə birləşdirdi (VİDEO)

ABŞ ordusu Suriyanın şimal və şərqindəki YPG/PKK ilə neft yataqlarında birgə patrul xidməti göstərməyə davam edir.

Qaynarinfo xəbəbr verir ki, ABŞ və Rusiyanın verdiyi vədə baxmayaraq, terror təşkilatı YPG/PKK hələ də Suriyanın şimalında mövcudluğunu  qoruyur. YPG/PKK üzvləri neft quyularında birgə patrul xidməti göstərməklə bərabər ABŞ əsgərlərinin xüsusi mühafizəsini də həyata keçirir.

Türkiyə-İraq-Suriya sərhəd üçbucağındakı Malikiyə mahalı sərhədlərində qalan torpaqlarda terror təşkilatı YPG/PKK tərəfindən işlədilən xeyli neft quyusu var.

ABŞ qoşunlarının təhlükəsizliyini də təmin edən terrorçular təşkilatın xüsusi təyinatlı HAT qrupunun tabeliyindədir.

Son bir neçə həftədə neft sahəsindəki patrulluğu və hərbi aktivliyini artıran ABŞ hərbçiləri zaman-zaman obyektlərə girərək terror təşkilatının məsul şəxsləri ilə görüşlər keçirirlər.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir gün əvvəl verdiyi bir açıqlamada "Suriyan var-dövləti üzərində Suriya xalqından başqa heç kimin haqqı yoxdur", - deyib.

ABŞ prezidenti Trampın "Suriya nefti çöx möhtəşəmdir, bir hissəsini də biz ala bilərik”, - deməsindən sonra Deyrizordakı neft yataqları yerləşən ərazilərə çox sayda Amerika əsgəri gəlib. 

Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında 17 oktyabrda bağlanan müqaviləyə əsasən Amerika ordusunun terrorçuları 120 saat içində etibarlı bölgədən çıxarmağı öhdəsinə götürmüşdü.

ABŞ hərbçiləri "Barış pınarı" əməliyyatı zamanı Suriyadakı 16 bazası və hərbi məntəqəsindən geri çəkilmişdi. Əməliyyatdan sonra ABŞ əsgərləri Haseke, Raqqa, Aynularabdakı 6 bazaya və hərbi məntəqələrə qayıdıb.

Diqqətini neft yataqlarına yönəldən ABŞ hazırda Deyrizorda daha iki baza inşa edir.

Alpər

XƏBƏRLƏR
BLOGLAR