Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi” bu gün mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, "ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.
Bakılılar "Dalğa Arena”da "Uypeşt”lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş "Neftçi”də baş məşqçi debütü ilə yadda qlıb. Belə ki, matç Roberto Bordinin bu postda "siftə”si olub.
Hesabı 9-cu dəqiqədə qonaqlar açsa da, "Neftçi" meydanı qələbə ilə tərk edib. "Ağ-qaralar" Baqali Dabonun dublu. Emin Mahmudovun bir qolu sayəsində 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Sevilya"ya rəqib olacaq.
Onu da qeyd edək ki, Avroliqadakı digər təmsilçilərimiz - "Keşlə" Maltanın "Baltsan" klubuna 1:4. "Qəbələ" Lüksemburqun "proqres" komandasına 0:2 hesabı ilə yenilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər