“Neftçi” Topaz Premyer Liqasının sonuna 6 tur qalmış ciddi itki ilə üzləşib.
Bu barədə apasport.az saytına klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
O bildirib ki, özbəkistanlı hücumçu Bahodir Nasimov kubokun həlledici və çempionatın son matçlarında komandaya kömək edə bilməyəcək.
Cari mövsümdə “ağ-qaralar”ın heyətində ən çox qol vuran Nasimov XXX turun “İnter”lə görüşü zamanı isinmə hərəkətləri edərkən xəsarət alıb. Müayinədən sonra zədənin ciddiliyi aşkarlanıb və böyük ehtimalla, legioner mövsümü bitirib.
Qeyd edək ki, komandasının ən yaxşı bombardiri olan Bahodir cari çempionatın 21 oyununda 7 qol vurub.
Qaynar.info
Şərhlər