"Neftçi” Mamadu Kane ilə vidalaşır.
Qaynarinfonun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan "Neftçi”nin heyətinə qatılmış Kane burada inkişaf yolu keçərək 2021-ci ilin sentyabrında Yunanıstanın "Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında "Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq.
Mamadu Kane 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub.
Səbuhi Həsənov
Şərhlər