Xəbər lenti

İdman 15:52 11.02.2026

"Neftçi"nin heyətinə düşə bilməyən Abubakar bu kluba keçə bilər

Vinsent Abubakar "Neftçi"ni tərk edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstanın match.kz saytı məlumat yayıb.

Bildirilib ki, kamerunlu forvard Qazaxıstanın "Aktobe" klbuna transfer oluna bilər.

Qeyd edək ki, Abubakar "Neftçi"yə ötən ilin oktyabrında transfer olunub. Bu müddətdə o, 12 rəsmi oyuna çıxaraq 6 qol vurub. Kamerunlu ulduz Yuri  Vernidubun baş məşqçi təyinatından sonra əsas heyətdəki yerini itirib.

Abubakar karyerası ərzində Kamerunun "Koton Sport", Fransanın "Valensiyen", "Loryan", Portuqaliyanın "Portu", Səudiyyə Ərəbistanının "Əl Nəsr", Türkiyənin "Beşiktaş" və "Hatayspor" klublarında çıxış edib, Kamerun millisində 117 oun keçirərək 45 qol vurub. 34 yaşlı hücumu dəfələrlə Türkiyə və Portqaliya çempionluqlarını, kuboklarını qazanıb və 2017-ci ildə milli ilə Afrika Millətlər Kubokunun qalibi olub. 

"Transfermarkt" sayıt yazırda ona 700 min avro qiymə qoyub.

Xatırladaq ki, bu yaxınlarda Luiş Nani də "Aktobe"yə transfer olunub. 

Aydın
--> -->