ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. Futbolçu P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.
Bu arada məşhur "Transfermarkt" saytı artıq Nərimanı ABŞ klubunun oyunçusu kimi təqdim edib. Saytın məlumatına görə, "Kolumbus Kru" Nərimana görə "Qarabağ"a 2,5 milyon avro ödəyib.
Aydın
Şərhlər