Xəbər lenti

Ayxan Abbasov:
İdman 19:47 10.02.2026

Ayxan Abbasov: "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkün deyil"

"Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkün deyil".

Oxu.Az xəbər verir ki, bunu Misli Premyer Liqasında keçirilən "Şamaxı" - "Qarabağ" matçından sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, kubokun cavab qarşılaşmasında daha aqressiv olmalıdırlar:

"Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirdik. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda formada olmaq istəyirəm.
 
Ümumi götürsək, "Şamaxı" hər matç xarakter göstərir. Kubokun cavab qarşılaşmasında daha aqressiv oynamalıyıq".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
--> -->