"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq (FOTOLAR)
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ını qəbul edəcəyi Bakı Olimpiya Stadionunda oyuna hazırlıqlar davam edir.
"Report"un məlumatına görə, tribunaya hər iki ölkənin və klubların bayraqları yerləşdirilib. Həmçinin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və Azəbaycan Prezidenti İlham Əliyevin sitatlarının yazıldığı pankartlar da tribunada yer alıb.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər