İdman 18:57 24.01.2022

"Neftçi" qələbə qazandı, "Qəbələ" məğlub oldu, "Zirə" "sülh"ə razılaşdı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi", "Qəbələ" və "Zirə" sonuncu yoxlama oyunlarını keçirib.

Qaynarinfo-nun məlumatına görə, "ağ-qaralar" Polşanın "Qurnik" (Leçna), "qırmızı-qaralar" isə Çexiyanın "Bohemians" klubu ilə qarşılaşıb.

"Neftçi"nin görüşü minimal hesabla başa çatıb. Emin Mahmudovun 53-cü dəqiqədə vurduğu qol paytaxt təmsilçisinə qələbə qazandırıb.

"Qəbələ" "Bohemians"a 1:3 hesabı ilə uduzub. Əyalət təmsilçisinin heyətində 75-ci dəqiqədə penaltidən İsnik Alimi fərqlənib.

Hazırlıqlarını Bakıda davam etdirən "Keşlə" və "Səbail" komandaları da növbəti dəfə üz-üzə gəliblər. Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Qolları müvafiq olaraq, Əfran İsmayılov və Rəhman Hacıyev vurublar.

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

İlk oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" isə ikinci sınağında Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.
 
"Zirə" isə Şimali Makedoniyanın "Breqalnitsa" komandası ilə üz-üzə gəlib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə rəqib komandadan Vladimir Dujovski açıb. 14-cü dəqiqədə Davit Volkov bərabərliyi təmin edib və matç bu hesabla başa çatıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama görüşündə Macarıstan "Zeç"inə 3:5 hesabı ilə məğlub. İkinci oyununda isə "Qurnik" (Leçna) ilə  2:2 hesablı heç-heçə edib.


 


Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?