Xəbər lenti

İdman 13:42 13.05.2019

"Neftçi"nin 50 manatlıq biletlərindən nə qədəri satılıb? (AÇIQLAMA)

Azərbaycan Premyer Liqasında son - 28-ci turun "Neftçi" - "Qarabağ" oyununda biletlərin 50 manata satılması müzakirə mövzusu olmuşdu. 

Bəs görəsən bu 50 manatlıq biletlərdən nə qədəri satılıb? 

"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev Sport7.az-a açıqlamasında "Neftçi" - "Qarabağ" oyununda 700 biletin "Qarabağ" azarkeşlərinə, təxminən onun yarısı qədərinin isə, neytral izləyicilər və "Neftçi" azarkeşlərinə satıldığını bildirdi. 

Paytaxt klubunun sözcüsü, digər oyunlardan götürdükləri gəlir kimi, bu biletlərdən gələn gəlirin də klubun daxili məsrəflərə xərclənəcəyini açıqladı. 

Qeyd edək ki, biletlərin qiymətinin 50 manat olduğu açıqlandıqdan sonra "Qarabağ" öz azarkeşləri üçün 35 minlik bilet almışdı. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->