İdman 14:56 31.07.2021

"Neftçi"nin oyunu məşhur hakimə tapşırıldı

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq HİK – "Neftçi” matçının təyinatları açıqlanıb. 

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyuna Almaniyadan olan hakimlər təyinat alıblar. Baş hakim FİFA referisi, Çempionlar Liqasının bir çox vacib matçlarını idarə etmiş türk əsilli Deniz Aytekin olacaq. Ona Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. UEFA nümayəndəsi Aldi Topçiu (Albaniya), hakim-inspektor isə Robert Sedlasek (Avstriya) olacaq.

HİK - "Neftçi" matçı avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da "Bolt Arena”da keçiriləcək. Bu komandalar arasında ilk oyun isə avqustun 3-ü "Bakcell Arena”da saat 21:00-da start götürəcək.

Səbuhi Həsənov