“Neftçi”nin sabiq çalışdırıcısı Anatoli Demyanenko baş məşqçisi olduğu “Volın” klubundan istefa verib.
Qol.Az-ın yaydığı xəbərə görə, klub rəhbərliyi ilə görüşən Demyanenko komandadan getmək istədiyini açıqlayıb. Bundan sonra təcrübəli mütəxəssis komandasının futbolçuları ilə görüşərək vida görüşü keçirib.
Qeyd edək ki, Demyanenkonun istefasına “Volın”ın Ukrayna Premyer Liqasında uğursuz çıxışı səbəb olub. Hazırda komanda 25 turdan 24 xal toplayaraq 13-cü pilləni tutur.
Qaynar.info
Şərhlər