"Neftçi" klubunun sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində problem yaranıb.
Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 65 yaşlı mütəxəssisin ürəyindəki şah damarında genişlənmə üzə çıxıb.
Qəribovun özü isə "Report"a açıqlamasında tezliklə əməliyyat olunacağını diqqətə çatdırıb. Səhhəti ilə əlaqədar çox danışa bilmədiyini deyən veteran futbolçu tibbi müdaxilə üçün maliyyə xərcləri baxımından heç bir sıxıntının olmadığını əlavə edib.
Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.
Şərhlər