Xəbər lenti

Neftimiz 2 dollar bahalaşdı
Ekonomiks 11:18 13.05.2015

Neftimiz 2 dollar bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. Anspress-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 2,25 dollar bahalaşıb. 

Hazırda neftin bir barelinin qiyməti 67,44 dollara çatıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar (0.66%) artaraq 61.15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.30 dollar (0.45%) bahalaşaraq 67.16 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->