Xəbər lenti

Neftin qiyməti 81 rekord həddə çatdı
Ekonomiks 21:43 24.09.2018

Neftin qiyməti 81 rekord həddə çatdı

Dünya bazarında neftin qiyməti bir qədər də bahalaşıb. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb. 

Belə ki, Londonun İCE Futures birjasında "Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da "Brent" markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib.

Bununla yanaşı, Nyu-York birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->