Xəbər lenti

Neftin qiyməti Trampın bir
Ekonomiks 19:49 02.04.2020

Neftin qiyməti Trampın bir "tvit"indən sonra "fontan vurdu"

ABŞ Prezidenti Donald Tramp Twitterdə Rusiya və Səudiyyə Ərəbistanının neft qiymətləri ilə bağlı razılığa gələ biləcəklərini elan edib. 

Qaynarinfo xəbər verir ki, bundan sonra Brent markalı neftin qiyməti 46,7 faiz bahalaşıb. Ən yüksək həddə qiymət bir barrel üçün 36,29 dollara yüksəlib.
WTI markalı xam neftə gəldikdə, onun qiyməti də artıb. Ən yüksək həddə 24,8 faiz bahalaşaraq 25,67 dollar/barelə çatıb.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov Amerika liderinin Vladimir Putinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığına dair açıqlamasını təkzib edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->