Pənah Pənahlı: “Hakim Ali Məhkəmənin qərarı açıqlanmadan apelyasiya şikayətinə baxmağın mümkünsüz olduğunu bildirdi”Mayın 6-sı saat 11-də Bakı Apelyasiya Məhkəməsində məhbus siyasətçi nemət Pənahlının növbəti məhkəmə prosesi keçirilib. Bu barədə “Yeni Müsavat”a N.Pənahlının qardaşı oğlu Pənah Pənahlı məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfindən çıxış edən vəkil Elçin Əliyev məhkəmə prosesinin qeyri-müəyyən vaxta təxirə salındığını bildirib. Səbəb isə vəkilin keçən məhkəmə prosesindən Ali Məhkəməyə şikayət verməsi olub. Mayın 6-da keçirilən məhkəmə prosesi zamanı hakim Ali Məhkəmənin qərarı açıqlanmadan apelyasiya şikayətinə baxmağın mümkünsüz olduğunu bildirib.
Qeyd edək ki, Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info
Şərhlər