Ölkə 11:48 16.10.2021

Nərimanov rayonunda nəqliyyatın hərəkəti bərpa edildi (YENİLƏNİB)

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar metronun "Nəriman Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, "Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdu. Bununla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olunmuşdu.
 
10.29

Bakının Nərimanov rayonunda yerləşən "Metro City” ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yanğın səbəbilə daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
 
10.05

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub. Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.

Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən "Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.