Braziliya millsinin sabiq futbolçusu Roberto Karlos “Santos”un hücumçusu Neymarın karyerasını “Barselona”da davam etdirəcəyini deyib.
Qol.az-ın məlumatına görə, “Sky İtalia” telekanalına müsahisəbində Roberto Karlos bildirib ki, Neymar Kataloniya təmsilçisi ilə 90 faiz razılığa gəlib: “Neymarda danışmışam. O, “Barselona” ilə 90 faiz anlaşıb”.
“Sky İtalia” kanalı isə “Barselona”nın Neymara görə “Santos”a 92 milyon avro ödəyəcəyini iddia edib.
Qaynar.info
Şərhlər