"Verilişlərə dəvət alanda SMS vasitəsi ilə iki saatlıq icazə alıram".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nigar Şabanova deyib. Sənətçi televiziya kanallarından aldığı dəvətlərin hər birini qəbul etdiyini deyib.
"Əlbəttə ki, hamı kimi məndə də qorxu var. Amma buna baxmayaraq, yenə də çıxmalıyıq, televiziya kanallarında verilişlər davam edir. Mən çıxmasam, bir başqası çıxmasa, bəs kim çıxmalıdır? Xalq evdədir. Musiqi insanların əhval-ruhiyyəsini dəyişir. İnsanlar evdə darıxmasın, sıxılmasın deyə, maraqlı verilişlər verilməli, musiqilər səslənməlidir. Efirlərdən gələn dəvəti qəbul eləmək hər bir müğənninin borcudur".
Müğənni deyir ki, televiziyaya çıxarkən karantin qaydalarına əməl edib:
"Əgər bir televiziyaya çıxsam, oradan arayış alaram. Amma bütün kanallardan dəvət alıram. Verilişlər də bir saatlıq olur. Odur ki, SMS-lə iki saatlıq icazə alıram. Efirə çıxıb, oxuyub, sonra da evə qayıdıram. Bütün günü mən də evdə qalıram".
Bahar Rüstəmli
Şərhlər