Qərbi Afrika ölkəsi Nigeriyada iki qrup arasında silahlı qarşıdurma yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kaduna əyalətinin Kajuru ərazisində baş verən hadisədə 55 nəfər ölüb və çox sayda insan yaralanıb. Məsələ ilə əlaqədar başlanılan istintaq prosesində 22 nəfər həbs edilib. Bölgədə küçəyə çıxmaq qadağan edilib.
Qeyd edək ki, Kadunada fevral ayında da oxşar hadisə baş vermiş, 10 nəfər ölmüş, yüzlərlə ev və iş yeri dağılmışdı.
Gülşən
Şərhlər