Dünya 18:07 15.08.2019

Nikol Paşinyan iki müşavirini istefaya göndərdi

Ermənistan baş naziri Nikol Paşinyan iki baş müşavini istefaya göndərib.

Qaynarinfo Ermənistan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən postunu tərk edəcək. Bu qərarın səbəbləri açıqlanmır.

Həmçinin baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.