Ölkə 11:48 12.04.2021

Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Sayt N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.