Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir.
Şərhlər