Nobel ödüllü Belarus yazıçı Almaniyaya getdi

Nobel ödüllü Belarus yazıçı Almaniyaya getdi

Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksieviç Belarusdan Almaniyaya uçub.


Qaynarinfo TUT.BY-yə istinadla xəbər verir ki, köməkçisi Tatyananın dediyi kimi, Aleksieviçin getməsi onun Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətindəki işi ilə əlaqəli deyil. Köməkçinin sözlərinə görə, Aleksieviç İsveçdə bir kitab sərgisinə, daha sonra Siciliyada bir mükafat təqdimatında iştirak etmək üçün gedib. Bütün bunlardan sonra o, Belarusa qayıdacaq.


Eyni zamanda köməkçisi Aleksieviçin geri dönmə vaxtının Belarusdakı hadisələrin necə inkişaf edəcəyindən asılı olacağını söyləyib.


Bundan əvvəl, Belarus Koordinasiya Şurasına qarşı hakimiyyəti ələ keçirmək çağırışlarına görə cinayət işi açılıb.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR