Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontorunda 2014-cü il Nobel Ədəbiyyat Mükafatına namizədlərə verilmiş əmsallarda dəyişiklik baş verib.
Kulis.Az-ın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, keniyalı yazıçı Nquqi va Thionqo 4.50 əmsalla (keniyalıya qoyuluş edən şəxslər o qalib gəldiyi təqdirdə hər dollara görə 4.5 dollar qazanacaq-red.) liderliyini qoruyub. İkinci sırada 5.50 əmsalla yaponiyalı yazıçı Haruki Murakami qərarlaşıb.
İkinci sıraya enən Haruki Murakamiyə verilmiş 6.00 əmsalı isə dəyişməz qalıb.
Belarus Svetlana Aleksijevitj 7.00 əmsalla 3-cü pilləyə qalxıb. Suriyalı şair Adonis (Əli Əhməd Səid Əsbar), albaniyalı yazıçı İsmail Kadare, fransalı Patrik Modiano 11.00 əmsalla müvafiq olaraq 4, 5 və 6-cı sırada qərarlaşıblar.
Norveçli Con Fosse, amerikalı Filipp Rot, avstriyalı Peter Handke hərəyə 13.00 əmsalla 7, 8 və 9-cu yerləri bölüşürlər.
Əlcəzairli Assia Djebar 15.00 əmsalla 10-cu yerə enib.
Çex Milan Kundera (26.00), Bob Dilan (26.00), italiyalı Umberto Eko (34.00), israilli Amos Oz (34.00) və britaniyalı Salman Rüşdi (51.00) onluqdan kənarda qalıblar.
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il kanadalı yazıçı Elis Munroya verilib.
Mükafatın builki qalibi bu gün Bakı vaxtilə saat 16.00-da açıqlanacaq.
Qaynar.info
Şərhlər