Xəbər lenti

Normadan artıq istifadəsi insanı öldürə biləcək 7 şey (FOTOLAR)
Dünya 09:00 10.01.2018

Normadan artıq istifadəsi insanı öldürə biləcək 7 şey (FOTOLAR)

Bəzi qidalar və maddələr sağlamlıq üçün nə qədər xeyirli olsa da, onların normadan artıq istifadəsi zərərli təsirlərə səbəb ola bilər.
 
Qaynarinfo həmin qida və maddələrin bir qismini təqdim edir.
 
Ton balığı

Bir çox faydası ilə tanınan ton balığının tərkibində civə mövcuddur. Böyük yırtıcılarda rastlanan bu maddənin həddindən artıq qəbulu insanlarda zəhərlənməyə səbəb ola bilər.

Əzələ kremi

Əzələ ağrılarının azalmasına kömək edən bu krem istifadə edilən zaman dəri tərəfindən sorulur və orqanizmə daxil olur. Həddindən artıq istifadəsi bədənə normadan artıq kimyəvi maddənin daxilinə səbəb ola bilər və bu, insan üçün təhlükə yaradır.

Diş məcunu

Dişlərin çürüməsinin qarşısını almaq üçün diş məcununa qatılan florid turşusundan normadan artıq udmaq insan orqanizmində zəhərlənmə yarada bilər.

Turpkimilər

Brokoli, Brüksel kələmi, qırmızı kələm və s. tərəvəzlərin daxil olduğu fəsilənin bu üzvləri tərkibindəki yüksək antioksidant və digər faydalı maddələrə görə tövsiyyə edilir. Lakin bu qidaların tərkibində olan K vitamini qanın qatılaşmasına, bəzi digər maddələr isə hormonal prosesin zəifləməsinə gətirib çıxarır.

Vitamin həbləri

Vitaminlərin böyük miqdarda qəbulu xərçəngə yol aça bilər. Suda həll olan vitaminlərin çoxu idrarla bədəndən xaric edilir, lakin A vitamini orqanizmdə qalır və bu maddənin bədəndə depolanması toksiki səviyyəyə çata bilər.

Qara çay

Qara çayın tərkibindəki oksalat maddəsi kalsium mineralının sorulma prosesinə mane olur. Bu səbəbdən, bu maddənin tərkibinə daxil olduğu qida və içkilərdən həddindən artıq istifadə böyrək probleminə, böyrək daşına səbəb ola bilər.

Soya sousu

Şərq mətbəxində xüsusi yeri olan bu sous hipernatremiya, yəni orqanizmdə duz miqdarının artması ilə nəticələnə bilər. Bədəndə duzun miqdarının artması bir çox ciddi sağlamlıq probleminin yaranması deməkdir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->