Xəbər lenti

Dünya 15:15 21.09.2020

"Noviçok" zəhərli maddəsinin yaradıcısı Navalnıdan üzr istədi

Sovet dövründə "Noviçok” hərbi sinir-iflic maddəsinin yaradılmasında iştirak etmiş kimyaçı alim Vil Mirzayanov Aleksey Navalnı qarşısında özünü günahkar hiss edir. Almaniyada müxalifətçinin bu qrupdan olan maddəylə zəhərləndiyi təsbit edilib.

Qaynarinfo xəbər verir ki, "Dojd” telekanalına müsahibə verən Mirzayanovun dediyinə görə, o, "bu cinayət işində” - kimyəvi silahların hazırlanmasında iştirak etdiyi üçün təəssüflənir. 1995-ci ildə Rusiyadan ABŞ-a gedən tədqiqatçı "Navalnıdan çox-çox üzr istəyirəm" deyib.

ABŞ-da hərbi zəhərlərin istifadəsinə qarşı mübarizəni davam etdirən Kimya Elmləri Doktoru siyasətçinin yaxşılaşması üçün bir il çəkəcəyini bildirib.

Mütəxəssis 27 il əvvəl Noviçokdan zəhərləndikdən sonra bir insanda "oxşar” simptomlar gördüyünü və bu xəstənin zəhərin öhdəsindən gəldiyini, sağ qaldığını qeyd edib.

Bu arada, Almaniya kansleri Angela Merkelin "varisi" Norbert Röttgen Rusiya istintaqının Navalnını dindirmək cəhdlərini "problemli" adlandırıb. "Frankfurter Allgemeine Zeitung” yazır ki, Xristian Demokrat İttifaqı (CDU) partiyasının lideri olmağa iddialı alman siyasətçi antikorrupsiya mübarizini bundan "qorumağa” çağırıb.

"Navalnının qorunması və sağlamlığı ən yüksək prioritetdir”, - Röttgen deyib. O, Rusiya hakimiyyətinin Navalnının başına gələnlərlə bağlı ciddi bir araşdırma aparacağına şübhəylə yanaşdığını və BMT-nin himayəsində istintaq aparılmasını tələb etdiyini söyləyib.

Müxalifətçinin tərəfdaşlarına görə, ona Tomskda hərbi neyrotoksin verilib. Rusiya bu faktla bağlı cinayət işi açmayıb və bu hadisəni zəhərlənmə hesab etmir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->