Nurəddin Mehdixanlı: Şuşa ilə bağlı qərar düzgün qərardır

Nurəddin Mehdixanlı: Şuşa ilə bağlı qərar düzgün qərardır

"Tam əminəm ki, Şuşa Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə edəcək bir mədəniyyət şəhərinə çevriləcək”.  

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı Prezident İlham Əliyevin "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamından danışarkən deyib. Aktyor Şuşa şəhərinin bir tarixi muzeyə çevriləcəyini qeyd edib:
 
 

"Doğru, düzgün qərardır. Şuşa qeyri-rəsmi Azərbaycan mədəniyyətinin paytaxti idi. Şuşa mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin paytaxtlarından biridir. Artıq indi Azərbaycan mədəniyyətinin paytaxtı kimi rəsmi status alıb. Bunu ancaq alqışlamaq olar. Bundan sonra qoy bütün dünya bilsin ki, Şuşa Azərbaycanındır və Azərbayan mədəniyyətinin paytaxtıdır”.

Nurəddin Mehdixanlı əminliklə vurğulayıb ki, Şuşa həm də tarixi şəhər olacaq: 

"Biz qarşıdakı illərdə yeni bir Şuşa ilə tanış olacayıq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncam imzalayıb.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR