Ölkə 14:00 27.10.2021

Ünvanlı dövlət sosial yardımının məbləği artırılır - Neçə manat olacaq?

Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, ünvanlı dövlət sosial yardımının məbləği 200 manata qaldırılır.

Bununla bağlı sənəd yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək.

Xatırladaq ki, ötən il ünvanlı dövlət sosial yardımının məbləği 170 manat təşkil edirdi.