Xəbər lenti

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir
Ölkə 22:44 31.05.2020

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.

Qaynarinfo-nun baku.ws-ə istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->