Foto 17:13 20.10.2020

“OBA Market”lərində tibbi maska və informasiya bukletləri paylanıldı

Veysəloğlu Şirkətlər qrupuna daxil olan "OBA Market”lər şəbəkəsi Bakı şəhəri və Azərbaycanın digər bölgələrində  yerləşən "OBA Market”lərində koronavirus pandemiyasından müdafiə məqsədilə tibbi maska və informasiya bukletləri paylanılıb.

Qaynarinfo xəbər verir ki, valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "COVİD 19 Koronavirus Pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" lahiyəsinin icrasına start verilib.
"OBA Market”lər Şəbəkəsi COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərinə qoşularaq  marketlərində koronavirusdan müdafiə və maarifləndirmə məqsədilə təşkil olunan lahiyəhələrin keçirilməsini təmin edib.

Dəyişərək inkişaf edən və ən sərfəli alış-veriş ünvanı olan, fərqli və maraqlı kompaniyaları ilə alıcılarını sevindirməyə davam edən "OBA Market”lər şəbəkəsi cəmiyyətimizin sağlamlığını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarlarının həyata keçirilməsi istiqamətində tapşırıqlarına əməl edərək, sosial məsafə, tibbi maska, dezinfeksiya və digər tədbirlərə riayət edərək, əməkdaşları və alıcılarını qorumaqdadır.