Xəbər lenti

Obamanı Fateh Sultan Mehmetə bənzətdilər
Dünya 14:16 04.09.2013

Obamanı Fateh Sultan Mehmetə bənzətdilər

ABŞ-da nəşr olunan "The Onion" satirik jurnalı prezident Barak Obamanın Suriyaya qarşı hərbi müdaxiləsini lağa qoyub. 

Qaynar.info xəbər verir ki, jurnal Obamanın bu ölkəyə müdaxiləsini Osmanlı imperiyasının 1456-cı ildə uğursuzluqla nəticələnən Belqradın mühasirəsilə müqayisə edib. 

Zarafat məqsədilə xarici xəbərlər yazan jurnal Obamanın, "Bəziləri Suriyaya müdaxilənin nəticəsinin Belqrad mühasirəsinə bənzəyəcəyindən narahatdırlar, ancaq sizi əmin edirəm ki, bu əməliyyat uğurla nəticələnəcək" dediyini yazıb. 

Jurnal Obamanın, "Mən və hökumətim Fateh Sultan Mehmetin səhvlərini təkrar etməyəcəyik" dediyini yazaraq zarafatını davam etdirib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->