Xəbər lenti

Obamanın eks-müşaviri: “ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var”
Dünya 11:18 01.06.2020

Obamanın eks-müşaviri: “ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var”

ABŞ-dakı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və Rusiya tərəfindən maliyyələşdirilməsi mümkündür.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri eks ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib.

Fox News-un verdiyi məlumata görə, Rays dinc etiraz aksiyasını iğtişaşlara çevirmək üçün ruslar sosial şəbəkələr vasitəsilə ekstremistləri təhrik edərsə, təəccüblənməyəcəyini bildirib. O həmçinin əlavə edib ki, "ruslar bunu bu və ya digər şəkildə maliyyələşdirə bilər", lakin o, iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etməyib.

Xatırladaq ki, Afro-amerikalı Corc Floydun Minnesota ştatında polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə əlaqədar bir çox şəhərlərdə geniş etiraz aksiyaları keçirilir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->