Sabiq ABŞ prezidenti Barak Obamanın qızı 19 yaşlı Maliya Obamanın sensasion görüntüləri yayılıb.
"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində "The Killers" rok qrupunun konsertində iştirak edən Maliya dostları ilə dəli kimi rəqs edib. Daha sonra yerə yıxılaraq "headbang" edən Maliyanın görüntüləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Bildirilir ki, keçmiş prezidentin qızı konsert zamanı içkili olub və marixuanadan istifadə edib.
Rəqs etməyi çox sevən Maliya Obama ötən il konsertdə "twerk" edərkən görüntülənmişdi.
Məsələnin digər maraqlı tərəfi odur ki, konsert zamanı "iPhone" telefonunu itirən Maliya yenisini almaq üçün "Apple" mağazasına müraciət edib və onun "Apple" hesabını və kodunu bilmədiyi məlum olub.
Qeyd edək ki, gənc Obamanın "Apple" hesabı Ağ Ev tərəfindən yaradılıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər