Xəbər lenti

Ölkə.Az 11 yaşını qeyd edir
Ölkə 11:26 15.07.2025

Ölkə.Az 11 yaşını qeyd edir

Bu gün Ölkə.az xəbər saytı 11 yaşını qeyd edir.

Portal 2014-cü ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Sayt qısa müddət ərzində sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Qeyd edək ki, Ölkə.Az Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm "Netty", həm də "MilliNet" mükafatlarının qalibi olub. Bundan əlavə, 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Qaynarinfo olaraq həmkarlarımıza uğurlar diləyir, daha böyük nailiyyətlər arzu edirik!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->