Xəbər lenti

Venesuela millisinin futbolçusu rəsmən "Neftçi"də (VİDEO)
İdman16:48 15.07.2025

Venesuela millisinin futbolçusu rəsmən "Neftçi"də (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela millisinin futbolçusu Freddi Varqasın "Neftçi"yə keçidi rəsmiləşib.
Qaynarinfo xəbər verir ki, paytaxt klubu ilə Netanya "Makkabi"sinin yarımmüdafiəçisi arasında razılıq əldə edilib.
Qeyd edək ki, F.Varqas indiyədək keçirdiyi 234 oyunda 28 qol, 22 asistlə yadda qalıb. O, milli komandada üç matça çıxıb. Venesuelalı "Makkabi"nin heyətində dörd qol vurub, səkkiz məhsuldar ötürmə edib.