Xəbər lenti

Tələbələrin köçürülməsi başladı
Ölkə 11:31 15.07.2025

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

Bu barədə Qaynarinfo-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->