Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.
Qaynarinfo xəbər verir ki, 26 yaşlı futbolçu "Fənərbağça"ya transfer olunub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Peritan yeni klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.
Şərhlər